Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 18:09

İran BMT-nin tələblərinə məhəl qoymayaraq uranın zənginləşdirilməsini davam etdirir


İran BMT Təhlükəsizlik Şurasının tələblərinə məhəl qoymayaraq zənginləşdirilmiş uran istehsalını davam etdirir.


Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) mayın 23-də açıqlanan hesabatında deyilir ki, Tehran nəinki uranı zənginləşdirmək üzrə işləri dayandırmayıb, əksinə, onu daha da fəallaşdırıb. «Eyni zamanda, MAQATE müfəttişlərinin İranın nüvə obyektlərinə girişi xeyli məhdudlaşdırılıb», – deyə sənəddə qeyd olunur.


Martın 23-də zənginləşdirilmiş uran istehsalından imtina üçün BMT-nin Tehrana verdiyi 60 günlük möhlət başa çatıb. İrana qarşı sanksiyalar növbəti dəfə sərtləşdirilə bilər.


XS
SM
MD
LG