Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 08:58

Salyan rayonunda bir gündə Kürün qarşısını alan iki bənd sıradan çıxıb


Salyan rayonunun Qardaşbəyli kəndində Kürün daşmasının qarşısını almaq üçün tikilən bənd partlayıb. 20-yə yaxın həyətin su içərisində qaldığı bildirilir. Kür-Araz bəndlərinin bərkitmə idarəsinin Salyan şöbəsinin rəhbəri Məhərrəm Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, artıq problem aradan qaldırılıb və həyətlərin sudan təmizlənməsi üçün işlər başlanılıb.


Bu mayın 23-də Salyan rayonunda baş verən ikinci hadisədir. Həmin gün saat 12 radələrində rayonun Yernikən ərazisində də bənd sıradan çıxıb. Təxminən 40-a yaxın texnikanın və kənd sakinlərinin köməyilə suyun bənddə açdığı yarğan bağlanıb. İndi hər iki kənddə bəndlərin bərkidilməsilə bağlı ciddi iş aparılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG