Tbilisidə keçmiş Dövlət Təhlükəsizlik naziri, «İrəli, Gürcüstan» müxalif hərəkatının lideri İrakli Batiaşvili yeddi il həbs cəzasına məhkum olunub.
Apellyasiya məhkəməsi onu ötən ilin iyulunda Kodor dərəsindəki qiyamı dəstəklənməkdə müqəssir bilib.
İttiham Batiaşvili ilə qiyamçıların lideri Emzar Kvitsiani arasında telefon danışıqlarına əsaslanır.
Batiaşvilinin vəkilləri hökmdən şikayət vermək niyyətindədirlər. Sabiq nazirin özü müddətsiz aclıq elan edib.