Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Ramiz Mehdiyev mətbuata təzyiqlərin olmadığını deyir


Ramiz Mehdiyev müxalifəti qonşu ölkələrdən nümunə götürməyə çağırıb
Ramiz Mehdiyev müxalifəti qonşu ölkələrdən nümunə götürməyə çağırıb

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyir ki, jurnalistlərə qarşı son məhkəmə prosesləri heç də söz azadlığına təzyiq kimi qiymətləndirilməməlidir: «Bu məsələlər siyasiləşdirilir. Azərbaycanda mətbuata təzyiqlər yoxdur. Amma bəzi qəzetlərin rəhbərləri və jurnalistləri qanunları pozaraq, insanları təhqir edirlər. Buna görə də onlara qarşı qanun tətbiq olunur».


Prezident İcra Aparatının rəsmisi Eynulla Fətullayevin həbsinin böhtana görə olduğunu bildirib. O, «Gündəlik Azərbaycan» qəzeti ilə yanaşı həmin binada yerləşən daha yeddi təşkilatın da oradan çıxarıldığını və hazırda Fövqəladə Hallar Nazirliyi binada yoxlama apardığını söyləyib.


«Biz istəyirik ki, bizim mətbuat sivil ölkələrin mətbuatı səviyyəsində olsun. Söyüş, təhqir mənbəyi olmasın. Götürün baxın qəzetlərə, dövlət adamları, sadə insanlar haqqında nə qədər yalan, böhtan, uydurmalar yazırlar. Biz bunlardan qurtarmalıyıq».


Böhtana görə maddənin Cinayət Məcəlləsindən çıxarılmasına gəlincə, Mehdiyev deyib ki, bu maddə hələlik saxlanılmalıdır.


O, eyni zamanda Azərbaycanın jurnalistlərin həbsinə görə regionun heç də lider ölkəsi olmadığını bildirib.


Ramiz Mehdiyev jurnalistlərin həbsinin və təzyiqlərin artmasının gələn il prezident seçkilər ilə nə dərəcə də əlaqədar olması bağlı «Azadlıq» radiosunun sualını cavablandırıb. O, İlham Əliyevin reytinqinin çox yüksək olduğunu deyib: «Mən əminəm ki, əgər bu gün biz əhali arasında araşdırma aparsaq, xalqın 98%-i İlham Əliyevə səs verəcək».


Prezident İcra Aparatının rəhbəri Azərbaycan müxalifətinin öz yolunu tapmadığını deyib. O, qonşu ölkələrin müxalifətini nümunə göstərib: «Əvvəllər sovet dövründə bir qrup adam var idi ki, Moskvaya, hətta Lenin movzoleyinə şikayət məktubları yazırdılar. İndi də Avropa Şurasına yazırlar. Bir statistikaya baxın ən çox şikayət Azərbaycandan gedir. Məgər Ermənistanda, ya da Gürcüstanda vəziyyət bizdən yaxşıdır?»


Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda mətbuatın vəziyyətinin acınacaqlı olması bağlı bəyanatlar veriblər. May ayında ölkədə həbs edilən jurnalistlərin sayının 7-yə çatmasından sonra Beynəlxalq Jurnalistlərin Müdafiə Komitəsi Azərbaycanın bu sahədə regionda lider ölkəyə çevrilməsi haqda açıqlama yayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG