«Eynulla Fətullayevin qondarma böhtan ittihamı ilə həbsindən kifayətlənməyən Azərbaycan hakimiyyəti, indi ona Fətullayevi 12 il həbsxanada saxlamaq imkanı verən terrorizm ittihamını irəli sürür». «Turan»ın məlumatına görə, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin ofisində və Eynulla Fətullayevin mənzilində mayın 22-də aparılan axtarışlarla əlaqədar verdiyi bəyanatında belə deyib. «Hər hansı bir sübut olmadan bu cür ittihamın irəli sürülməsi hakimiyyətin tənqidi KİV-lərin və jurnalistlərin ağzını yummaq məqsədilə mətbuata hücumunun növbəti addımı olub. Biz istintaqı dərhal bu ittihamı ləğv etməyə çağırırıq», - deyə cənab Saymon vuruğulayıb.
«İstintaqı dərhal bu ittihamı ləğv etməyə çağırırıq»
