Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:23

ABŞ-ın İran siyasətində azərbaycanlılar


«Amerika İranda ciddi təxribat istəsəydi, azərbaycanlılardan istifadə edərdi»
«Amerika İranda ciddi təxribat istəsəydi, azərbaycanlılardan istifadə edərdi»
«Christian Science Monitor» yazır ki, Amerika İranda demokratiyanın inkişafına 75 milyon dollar ayırıb, İranla məşğul olan ofis yaradıb, Azərbaycana İranla sərhəddə radar stansiyası tikməyə kömək edib. Amma İran azərbaycanlıları bundan xeyir görmədiklərini deyirlər.

İran azərbaycanlılarının Amerikadan yayımladığı «Günaz» TV-nin rəhbəri Əhməd Obalı deyir ki, əslində, Amerika rəsmiləri İran azərbaycanlılarının işinə ziyan vururlar. Çünki azərbaycanlı fəallar Vaşinqtondan heç nə almır, amma Tehran onları ABŞ-a işləməkdə günahlandırır, bu da onların fəaliyyətini çətinləşdirir. Üstəlik, Birləşmiş Ştatlar bu məsələdə geri durduğunu deməklə azərbaycanlıların hərəkatını zəiflədib.


«Christian Science Monitor» «Nyu-Yorker»in keçən il çap etdiyi bir məqaləni xatırladır. Məqalədə Birləşmiş Ştatların İrandakı millətlər, o cümlədən azərbaycanlılarla işlədiyi, onlardan gərginlik yaratmaq üçün istifadə etdiyi deyilirdi. Əhməd Obalı bildirir ki, bu, əsaslı informasiya idi, amma keçən il üçün, indi vəziyyət dəyişib.


İndi İran azərbaycanlıları üçün Birləşmiş Ştatların maliyyəsilə cəmi bir radioproqram yayımlanır. «İran Azərbaycanına pəncərə» adlanan proqram 10 dəqiqəlikdir, həftədə bir dəfə efirə gedir. Proqramın hazırlanmasına dövlət teleradiosu - «Amerikanın Səsi» yardım edir.


Həmçinin Amerika azərbaycanlı fəallara siyasi sığınacaq verir. Tanınan fəallardan Mahmudəli Çöhrəqanlı bir neçə ildir ki, Birləşmiş Ştatlarda sığınacaq alıb. Elə Çöhrəqanlı da deyir ki, əvvəl yüksəkçinli ABŞ rəsmilərinin də İran azərbaycanlılarına marağı vardı, amma indi maraq itib.


Səbəblərdən biri İran azərbaycanlılarının tam müstəqil olmaq niyyətidir. «Christian Science Monitor» belə yazır, bildirir ki, Amerika İranla düşmənçilik etmək istəmir, yəni hökumət Amerikada yaxşı təmsil olunan farsları özündən döndərmək istəməz.


Bundan başqa, ekspertlər Birləşmiş Ştatların Əfqanıstan və İraqdakı təcrübəsindən narahatdırlar. Axı indi İraqda da, Əfqanıstanda da dini təriqətlərin davası qurtarmır. İran üzrə ekspert Patrik Klouson da deyir ki, Birləşmiş Ştatlar İraq və Əfqanıstandakı uğursuzluğuna görə, İranın daxili siyasətinə qarışmaqdan çəkinir. Amerika rəsmilərindən biri isə bildirib ki, Birləşmiş Ştatların İrandakı millətlərlə yaxınlaşması İranın ittihamlarını təsdiqləmiş olar (İran Vaşinqtonun inqilab istədiyini deyir). Con Hopkins İnstitutundan Svante Kornel bu fikirlə razıdır. Azərbaycan üzrə ekspert olan Kornel deyir ki, Amerika doğrudan da İranda ciddi təxribat istəsəydi, azərbaycanlılardan istifadə edərdi. Kornel bildirir ki, müharibə tərəfdarları milli azlıq məsələsindən yapışmaq istədilər, amma soyuq başlar üstün gəldi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG