Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 18:34

Britaniya prokurorluğu Litvinenkonun qatilinin adını açıqlayıb


Aleksandr Litvinenkonun qətlində rusiyalı biznesmen, keçmiş «KQB» əməkdaşı Andrey Luqovoyu təqsirləndirmək üçün Britaniya prokurorluğunda kifayət qədər əsas var.


Bu bəyanat mayın 22-də Londonda keçirilən mətbuat konfransında səsləndirilib.


Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Litvinenko ötən ilin noyabrında polonium -210-la zəhərləndirilib və London xəstəxanasında vəfat edib. O, dəfələrlə Moskvanın ünvanına siyasi ifşalarla çıxış edib.


Böyük Britaniya Rusiyadan Luqovoyun ekstradisiyasına nail olmaq niyyətindədir.


XS
SM
MD
LG