Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:34

Bəzi məktəblərdə attestatlar pulla satılır?


Bəzi məktəblərdə attestat almaq istəyənlərin hər birindən 50-100 manat pul tələb edildiyi deyilir
Bəzi məktəblərdə attestat almaq istəyənlərin hər birindən 50-100 manat pul tələb edildiyi deyilir

«Gənc Liderlər» Uşaq Təşkilatı dərs ilinin bitməsiylə bağlı Bakı şəhərindəki orta məktəblərdə apardığı sonuncu monitorinqin nəticələrini açıqlayıb. Budəfəki monitorinqlər təşkilata daxil olan şikayət məktubları əsasında Bakının Nəsimi, Nərimanov və Nizami rayonlarında aparılıb.


Məlumata görə, Nəsimi rayonundakı 28, Nizami rayonundakı 10 və Nərimanov rayonundakı 258 və 36 saylı məktəblərdə şagirdlərdən müxtəlif məqsədlər üçün pul yığılmasına başlanılıb. Təşkilat Nəsimi rayonundakı 28, Nərimanovdakı 258 və 10 saylı məktəblərdə 11-ci sinif şagirdlərinə kamal attestatların pulla satıldığını üzə çıxarıb.


Araşdırmalar zamanı o da bəlli olub ki, bu məktəblərdə bilik səviyyəsindən asılı olmayaraq attestat almaq istəyənlərin hər birindən 50-100 manat pul tələb edilir. Təşkilatın məktəblilərə istinadən yaydığı məlumata görə, pul yığma kompaniyası məktəb direktorları tərəfindən məcburi formada aparılır.


Bakı şəhəri Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Zəminə Əliqızı deyir ki, artıq məsələdən xəbərdardırlar və sabahdan adı çəkilən məktəblərdə araşdırmalara başlanacaqlar. Onun sözlərinə görə, əgər faktlar təsdiqlənərsə onda məktəb rəhbərləri cəzalandırılacaq və buraxılış imtahanları ciddi nəzarətə götürüləcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG