Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 14:09

Tbilisidə müxalif siyasətçi öldürülüb


Şaradzenin 67 yaşı vardı, o, keçmişdə Gürcüstan parlamentinin deputatı olub.
Şaradzenin 67 yaşı vardı, o, keçmişdə Gürcüstan parlamentinin deputatı olub.

Mayın 20-i axşam Tbilisinin mərkəzində filologiya elmləri professoru, müxalif «İnam, Vətən, Dil» Hərəkatının lideri Quram Şaradze qətlə yetirilib.


Şaradzenin 67 yaşı vardı, o, keçmişdə Gürcüstan parlamentinin deputatı olub.


Şahidlərin dediyinə görə, Şaradzeyə beş güllə atılıb. Siyasətçi yerindəcə keçinib. İnsident yerinin yaxınlığında polis cinayəti törətməkdə şübhəlini – 1977-ci il təvəllüdlü Georgi Baratelini saxlayıb.


«Rustavi-2» televiziyası şübhəlinin hüquq-mühafizə orqanlarına cinayəti törətdiyini etiraf etdiyini xəbər verir.


Onun saxlanmasında iştirak edən hüquq-mühafizə orqanlarının nümayəndələri deyiblər ki, Barateli polisə müqavimət göstərməyib və dərhal siyasətçiyə atəş açdığını etiraf edib.


«Rustavi-2» xəbər verir ki, şübhəli şəxs öldürülən siyasətçinin oğlu ilə birlikdə «Audensiya» telestudiyasında çalışıb. Qətlin motivləri hələlik məlum deyil.


XS
SM
MD
LG