Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:18

Həmsədrlər on gündə iki dəfə bölgəyə səfər edəcəklər


Azərbaycan və Ermənistan prezidentlərinin görüşüb-görüşməyəcəyi həmsədrlərin bölgəyə ikinci səfərindən sonra bəlli olacaq. Bu haqda jurnalistlərə mayın 18-də Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir həmçinin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə on gündə iki dəfə səfər etməli olacaqlar. Onlar birinci dəfə mayın 25-də ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın Xarici İşlər naziri Migel Anhel Moratinosun səfərindən öncə gələcəklər.


ATƏT sədrinin bölgəyə ilk səfəri isə iyunun 4-ü və 5-nə planlaşdırılır. Cənab Moratinosun səfəri başa çatdıqdan dərhal sonra iyunun 5-i və 6-da isə həmsədrlər regiona təkrar gələcək, görüşün nəticələrini və həmçinin prezidentlərin görüşünə zərurət olub-olmadığını müzakirə edəcəklər.


XS
SM
MD
LG