Həbsdə olan jurnalistlərin azadlığa buraxılması və «Diffamasiya haqda» qanunun qəbulu tələbi ilə mayın 22-də Sabir bağında piket, iyunun 12-də isə yürüş keçiriləcək. Bu haqda Redaktorlar Bİrliyinin mayın 18-də olan toplantısında qərar verilib.
Yürüş metropolitenin «Neftçilər» stansiyasından başlayıb, «Planet» restoranının yanında bitəcək. «Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlu deyir ki, bu Bakıda kütləvi aksiyaların keçirilməsinə icazə verilən marşrutlardan biridir. Artıq işçi qrup Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırlayır.
Redaktorlar Birliyi eyni zamanda, Azərbaycanda mətbuatın durumu ilə bağlı Avropa Şurasında təcili dinləmələrin başlanması xahişilə quruma müraciət etməyə hazırlaşır.