Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:22

Gənclər qadın zorakılığına qarşı etiraz piketi keçiriblər


Mayın 18-də «Dalğa» Gənclər Təşkilatının bir qrup fəalı «Azad Qadın» heykəlinin önündə qadın zorakılığına etiraz olaraq piket keçirib. Gənclərin əllərində «Azad qadın, azad ölkə!», «Mentalitet qadını boğmamalıdır!» kimi şüarlar olub, bir neçə gənc qız isə başına qadın zorakılığına etiraz əlaməti olaraq qəfəs keçiriblər.


«Dalğa»nın sədri Ülvi Həsənlinin oxuduğu qətnamədə qadın alverçilərinə ən sərt cəzaların verilməsi, yetkinlik yaşına çatmayan qızların valideynlərinin və kəbin kəsən din xadimlərinin cinayət məsuliyyətinə cəlb edilməsi və s. tələblər səsləndirilib.


İcazəsiz aksiya yarım saatdan artıq davam edib. Daha sonra gənclər heykəlin önündən metronun «Bakı Soveti» stansiyasına kimi yürüş ediblər.


XS
SM
MD
LG