Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:55

İKT-nin Xarici İşlər Nazirləri Şurası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 sənəd qəbul edib


Mayın 17-də İslamabadda İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 34-cü sessiyası başa çatıb. Bu barədə «Novosti-Azerbaydjan» agentliyinə Azərbaycanın Pakistandakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Sabir Rzayev məlumat verib.


Diplomatın sözlərinə görə, sessiyada Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu göstərən 4 sənəd qəbul olunub.


Xarici İşlər Nazirləri Şurasının İslamabad bəyannaməsində Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları Azərbaycan ərazilərini dərhal azad etməsi vurğulanır.


Sessiya mayın 15-də başlamışdı. Azərbaycanı tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti təmsil edirdi.


XS
SM
MD
LG