Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:01

«Əliyev gərək mətbuatla bağlı siyasətini yenidən nəzərdən keçirsin»


Elza Vidal: «Mətbuatın vəziyyətinin pisləşməsi gələn ilki prezident seçkisi ilə bağlıdır»
Elza Vidal: «Mətbuatın vəziyyətinin pisləşməsi gələn ilki prezident seçkisi ilə bağlıdır»
«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatının Avropa və Keçmiş Sovet Ölkələri üzrə Departamentinin direktoru Elza Vidal bildirir ki, onlar «Müxalifət» qəzetinin iki əməkdaşının həbs edilməsindən çox məyus olublar. Onun fikrincə, bu, bir daha onu göstərir ki, «Sərhədsiz Reportyorlar» prezident İlham Əliyevi «mətbuatın düşməni» olan ölkə başçılarının siyahısına salmaqda haqlı olub. Xanım Vidal deyir ki, İlham Əliyev gərək özünün mətbuatla bağlı siyasətini yenidən, özü də dərindən nəzərdən keçirsin. «Azərbaycanda həbs edilən jurnalistlərin sayının artması nəylə bağlı ola bilər» sualına cavabında Elza Vidal belə deyib: «Bunun çox səbəbi ola bilər. Amma çox güman ki, beynəlxalq təşkilatlar Azərbaycandakı vəziyyəti tənqid etdikləri üçün cənab Əliyev düşünür ki, bu narazılıqları dayandırmaq üçün jurnalistlərə qarşı təzyiqi daha da gücləndirmək lazımdır. Reallıq isə budur ki, beynəlxalq təşkilatlar tənqidlərdən əl çəkən deyillər və biz jurnalistləri dəstəkləməkdə davam edəcəyik».

Elza Vidal hesab edir ki, Azərbaycanda mətbuatın vəziyyətinin pisləşməsi gələn il keçiriləcək prezident seçkisi ilə bağlıdır. Xanım Vidal hesab edir ki, iqtidar müxalifətin küçələrə çıxmasının qarşısını almaqla yanaşı həm də jurnalistləri susdurmağa çalışır.


«Sərhədsiz Reportyorlar» 20 ildi fəaliyyət göstərir. Təşkilat bu il ilk dəfə Azərbaycan prezidentini «mətbuatın düşməni» siyahısına daxil edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG