Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:09

Avropa Məhkəməsinin qərarından sonra yerli məhkəmə yenidən işə baxacaq


Hacıyevlə bağlı digər prosesdə isə apellyasiya şikayətinin verilmə müddətinin uzadılması məsələsinə baxılacaq
Hacıyevlə bağlı digər prosesdə isə apellyasiya şikayətinin verilmə müddətinin uzadılması məsələsinə baxılacaq

Azərbaycan məhkəmə tarixində ilk dəfə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarından sonra yerli məhkəmələr işə baxacaq. Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyevin işi ilə bağlı proses artıq mayın 24-də Apellyasiya Məhkəməsində baxışa təyin edilib. Bu haqda «Azadlıq» radiosuna Apellyasiya Məhkəməsinin Mətbuat Xidmətinin rəhbəri Şəhriyar Zeynalov məlumat verib. Prosesə hakim Qail Məmmədov sədrlik edəccək. Hacıyevlə bağlı digər prosesdə isə apellyasiya şikayətinin verilmə müddətinin uzadılması məsələsinə baxılacaq.


Avropa İnsan Hüquqları Məhkəməsinin 2006-cı ilin dekabrında çıxardığı qərarda deyilirdi ki, Fəhmin Hacıyevin ədalətli mühakimə olunmaq hüququ pozulub, Azərbaycan hökuməti ona beş min avro məbləğində kompensasiya ödəməli və üç ay ərzində onun işinə yerli məhkəmələrdə yenidən baxılmalıdır.
Avropa Məhkəməsinin qərarı bu il fevralın 15-dən hüquqi qüvvəyə minib.


Fəhmin Hacıyev 1994-cü ildə həbs olunub. Həmin vaxt vəzifə səlahiyyətlərini aşmaqda və Xocalı faciəsində səhlənkarlıqda təqsirləndirilən Hacıyev on beş il həbs cəzası almışdı. 2004-cü ildə əfv olunub.


Artıq hökumət Hacıyevə dörd min avrrodan çox kompensasiya ödəyib.


XS
SM
MD
LG