Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 19:16

«Avropa üçün pis xəbər»


ABŞ-ın Energetika naziri Samuel Bodman
ABŞ-ın Energetika naziri Samuel Bodman

ABŞ-ın Energetika naziri Rusiya, Türkmənistan və Qazaxıstanın yeni layihəsini-Xəzəryanı neft və qaz kəmərini «Avropa üçün pis xəbər» adlandırıb. ABŞ-ın Energetika naziri Samuel Bodman Parisdə Beynəlxalq Enerji Agentliyinin müşavirəsində deyib ki, Avropanın bir mənbədən enerji asılılığını aradan qaldırmaq lazımdır.


Rusiya, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin sahili boyunca qaz kəmərinin inşası haqda razılığa gəliblər.


Mayın 12-də Türkmənbaşı (keçmiş Krasnovodsk) şəhərində keçirilən görüşdə Vladimir Putin, Qurbanqulı Berdımuhammedov və Nursultan Nazarbayev niyyət bəyannaməsi imzalayıblar və hökumətlərinə tapşırıblar ki, 2007-ci il sentyabrın 1-dək sazişi hazırlayıb imzalasınlar.


Gözlənilir ki, türkmən qazını Qazaxıstan və Rusiya vasitəsilə Avropaya daşıyacaq yeni kəmərin inşasına artıq 2008-ci ildə başlanacaq.


XS
SM
MD
LG