Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 13:03

«Eurovision 2007»nin qalibi Serbiyadan Mariya Şerifoviçdir


23 yaşlı Mariya Şerifoviç peşəkar musiqiçilər ailəsində anadan olub
23 yaşlı Mariya Şerifoviç peşəkar musiqiçilər ailəsində anadan olub
Serbiyadan olan musiqiçi Mariya Şerifoviç «Eurovision 2007» musiqi müsabiqəsinin qalibi olub. Müsabiqənin mayın 12-də keçirilən finalında ikinci yerə Ukraynadan Vera Serdyuçka, üçüncü yerə isə rusiyalı «Serebro» üçlüyü çıxıb.

Bu il Finlandiyanın paytaxtı Helsinkidə keçirilən müsabiqədə rekord sayda – 42 ölkə iştirak edib.


Final mərhələsinin nəticələri aşağıdakı kimidir:


Yer


Ölkə Xal

1


Serbiya 268
2
Ukrayna
235
3

Rusiya


207
4

Türkiyə


163
5

Bolqarıstan


157
6

Belarus


145
7

Yunanıstan


139
8

Ermənistan


138
9

Macarıstan


128
10

Moldova


109
11

Bosniya və Herseqovina


106
12

Gürcüstan


97
13
Rumıniya
84
14

Makedoniya


73
15

Sloveniya


66
16

Latviya


54
17

Finlandiya


53
18

İsveç


51
19

Almaniya


49
20

İspaniya


43
21

Litva


28
22

Fransa


19
23

Böyük Britaniya


19
24
İrlandiya
5

Çernoqoriya ilə ittifaq dövlətinin dağılmasından sonra müstəqil ölkə kimi Serbiya müsabiqədə ilk dəfə çıxış edirdi.


Müvəffəqiyyətinin səbəbi haqda jurnalistlərin suallarına cavabında Şerifoviç «Molitva» («Dua») mahnısını yazan bəstəkar Vladimir Qraiçə təşəkkürünü bildirib.


«Bəstəkarlar yaxşı mahnılar yazmalıdırlar. Və onları sadəcə oxumaq lazımdır» - deyə serb müğənnisi bildirib.


Mahnının mahiyyətini müğənni belə izah edib: «Mən din adamıyam, xristianam. Amma mahnının özündə dini məna yoxdur. Bu, sadəcə «Məhəbbət duası» adlanır, amma onda adından başqa dini heç nə yoxdur. Məhəbbət mahnılar üçün həmişə əsas mövzudur, düşünürəm ki, bu, sevimli insana müraciətdir».


23 yaşlı Mariya Şerifoviç Serbiyada Kraquevats şəhərində peşəkar musiqiçilər ailəsində anadan olub. İlk dəfə tamaşaçılar qarşısına 12 yaşında çıxıb. Ciddi musiqi karyerası 2003-cü ildə başlayıb. O, «Ən, ən yaxşı» solo albomunu buraxıb. Bundan sonra Mariya Balkan regionu ölkələrində müxtəlif musiqi festivallarında iştirak edib, peşəkarların, jurnalistlər və tamaşaçıların rəğbətini qazanıb.


İlk «Eurovision» mahnı müsabiqəsi 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilib. Onda hər birindən iki ifaçı olmaqla yeddi ölkə iştirak edib. İlk müsabiqədə «Refrain» mahnısı ilə İsveçrədən olan Lis Eyşa qələbə qazanmışdı.


XS
SM
MD
LG