Mayın 12-də futbol üzrə ölkə çempionatında 19-cu turun 5 oyunu keçirilib.
Lider «Neftçi» Bakıda «Şahdağ»ı darmadağın edib - 5:0. Qalan oyunlar isə belə nəticələnib: «Turan» - «Xəzər-Lənkəran» 2:3, «Olimpik» - «İnter» 1:0, «Gənclərbirliyi» - «Karvan» 1:0, «Simurq» - «Qarabağ» 3:0.
Turun «Bakı» - «MKT-Araz» oyunu mayın 13-də keçiriləcək.
Hazırda turnir cədvəlinə 51 xalla «Neftçi» başçılıq edir. «Xəzər-Lənkəran» 50 xalla ikinci yerdə qərarlaşıb. «İnter»lə «Bakı» isə 39 xalla 3-4-cü yerləri bölüşür.