Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Əliyev Odessa-Brodı kəmərinə qoşulmağa hazır olduğunu bəyan edib


Sammitdə Ukrayna, Litva, Gürcüstan, Polşa prezidentləri də iştirak edib
Sammitdə Ukrayna, Litva, Gürcüstan, Polşa prezidentləri də iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin Odessa-Brodı neft kəməri layihəsinə qoşulmağa hazır olduğunu bildirib. Bu kəmər Xəzər neftini Ukrayna və Polşa vasitəsilə Qərbi Avropaya nəql etmək imkanı verəcək.

Mayın 11-də Krakovda keçirilən enerji sammitində prezident deyib ki, o, həmin layihəyə güclü siyasi dəstək verir. Sammitdə Ukrayna, Litva, Gürcüstan, Polşa prezidentləri və Qazaxıstan nümayəndəsi də iştirak edib.


«Biz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynamaq istəyirik. Bizim ölkə böyük neft ehtiyatlarına malikdir, onlardan uzun illər istifadə oluna bilər.» – deyə Azərbaycan prezidenti bildirib.


İlham Əliyev eyni zamanda qeyd edib ki, Azərbaycanın Odessa-Brodı neft kəmərinə nə qədər neft verə biləcəyini müəyyənləşdirməzdən əvvəl layihənin texniki təhlili aparılmalıdır.



Tərəflər razılaşıblar ki, Odessa-Brodı neft kəmərinin idarə olunması üçün müştərək müəssisə yaradılsın. Polşa prezidenti Lex Kaçinski qeyd edib ki, bu müəssisədə dövlət şirkətləri dominantlıq edəcək. Amma kəməri idarə edəcək müəssisəyə daha hansı ölkələrin qoşula biləcəyi və «sonda onun hansı xarakter alacağı hələlik məlum deyil».



Ukrayna prezidenti Viktor Yuşşenko da həmin müştərək müəssisəyə başqalarının da qoşulacağını istisna etməyib.


«Interfax-Ukrayna» agentliyinin layihəyə Rusiyanı da cəlb etməyin məqsədəuyğun olub-olmaması barədə sualını cavablandırarkən Yuşşenko deyib ki, «iştirakçıların hazırkı dairəsi son deyil».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG