Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:12

Üzeyir Cəfərov naziri məhkəməyə verib


«Gündəlik Azərbaycan» qəzetinin şöbə redaktoru Üzeyir Cəfərov Daxili İşlər naziri Ramil Usubov və hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayevi məhkəməyə verib. O, Usubovun və Paşayevin cərimələnməsini, onların üzr istəmələrini və təkzib vermələrini tələb edir. Cənab Cəfərov bu addımını adıçəkilən şəxslərin onun haqqında həqiqətəuyğun olmayan məlumatlar yayması ilə əlaqələndirir: «Daxili İşlər naziri mətbuata musahibəsində deyib ki, guya mənə hücum olunmayıb, özüm özümə xəsarət yetirmişəm. Hüseyn Paşayevsə mənə hücumların ailə-məişət zəminində olduğunu deyir. Bunlar gülünc və absurd iddialardır».


Bu il aprelin 20-də Üzeyir Cəfərov işdən çıxarkən redaksiya yaxınlığında bir neçə şəxs tərəfindən hücuma məruz qalıb və xəstəxanaya yerləşdirilib. Qəzetçi ona hücum edən şəxsləri tanıdığını, onların birinin polis əməkdaşı olduğunu bildirib və bu haqda hüquq-mühafizə orqanlarına məlumat verib.


XS
SM
MD
LG