Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:23

Əlixan Məlikov: «Qaza qənaət 15 faiz artıb»


Sayğac quraşdırılandın abunəçilər qaza qənaət etməyə başlayıblar. «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikovun sözlərinə görə, qənaət edən əsasən istehsalçılar yox, əhalidir. Təxmini rəqəmlərə görə, son aylarda abunəçilər 15 faiz qaza qənaət edirlər: «Əhali qənaət edir ki, istifadə olunan qazın pulu istəniləcək. Qənaətin həcmi getdikcə artır».


Əlixan Məlikovun sözlərinə görə, ötən ayın nəticələrinə görə, yığımda da irəliləyiş var, apreldə abunəçilərin 60 faizi qaz pulunu ödəyib. Amma «Azəriqaz» rəhbəri deyir ki, bəzi rayonlar hələ də qaz pulu yığımına görə geridə qalırlar. Onların sırasında Neftçala, Hacıqabul və Salyan rayonları öndə gəlir.


«Nəzərdə tutmuşuq ki, ilin sonuna kimi əhalidən yığım 85 faizdən yuxarı olsun».


Mart ayında ölkə üzrə yığım 40 faiz təşkil etdiyindən «Azəriqaz» borclu abunəçilərin qazını kəsmişdi.


XS
SM
MD
LG