Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 12:04

Ermənilər seçkilərin ədalətli keçiriləcəyinə inanmırlar


«Çiçəklənən Ermənistan» Partiyasının seçki yürüşü, 8 may 2007
«Çiçəklənən Ermənistan» Partiyasının seçki yürüşü, 8 may 2007

İctimai rəy sorğuları göstərir ki, Ermənistanın hakim Respublika Partiyası və iqtidaryönlü «Çiçəklənən Ermənistan» Partiyası 12 may parlament seçkilərində arxayın səslərin əksəriyyətini toplamalıdırlar.


Amma bəzi müxalif partiyalar sorğuların nəticələrinin saxtalaşdırıldığını deyirlər.


Amma bir sahə var ki, mövqelər üst-üstə düşür. Son sosioloji sorğunun nəticələri göstərir ki, cəmiyyətdə hazırkı vəziyyətdən narazılıq üstünlük təşkil edir. Martın 16-25-də 1200 sakin arasında keçirilən sorğuya görə, respondentlərin 50 faizi ölkənin yanlış kursda olduğunu düşünür, 59 faiz isə ədalətli seçkilərin keçiriləcəyinə inanmadıqlarını deyiblər. Sorğunu Beynəlxalq Respublika İnstitutu üçün «Baltic Surveys Ltd./The Gallup Organization» təşkilatı və Ermənistan Sosioloji Assosiasiyası aparıb.


«APR Group»un yanvar ayında keçirdiyi sorğusu cəmiyyətdə daha yüksək narazılıq səviyyəsini üzə çıxarıb: rəyi soruşulan 663 nəfərin 94,3 faizi hesab edib ki, Ermənistana «radikal» sosial-iqtisadi dəyişikliklər lazımdır, 83 faiz isə hakimiyyətə inanmadıqlarını qeyd ediblər.


Konstitusiyaya son düzəlişlərə əsasən, 12 mayda seçiləcək parlamentin öz sələfi ilə müqayisədə daha çox səlahiyyətləri olacaq. Bəzi müşahidəçilərin fikrincə, nəzəri cəhətdən, yeni parlament daxili və xarici siyasətin formalaşmasında daha fəal rol oynamalıdır.


«Sosiometr» Sosioloji Təhqiqatlar Mərkəzinin rəhbəri Aaron Adibekyan bu mübarizəni çəki dərəcələri üzrə pəhləvan yarışmaları ilə müqayisə edir. «Sosiometr»in ölkənin 60 yaşayış məntəqəsində 3 min respondent arasında apardığı sorğuya görə, səslərin əksəriyyəti «ağır çəki dərəcəli» partiyalara veriləcək. Adibekyan proqnozlaşdırır ki, hakim Respublika Partiyası səslərin 34 faizini alacaq, 32 faiz isə oliqarx Qaqik Tsarukyanın hakimiyyət yönümlü «Çiçəklənən Ermənistan» Partiyasına veriləcək. «Orta çəki kateqoriyasından» namizəd - müxalif «Qanunilik ölkəsi» Partiyası üçüncü olacaq. O, səslərin 10-12 faizini alacaq.


XS
SM
MD
LG