Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

QHT-lər Avropa Şurası Nazirlər Kabinetinə müraciət ediblər


Avropa İnsan Haqları Məhkəməsinin binası, Strasburq, 6 noyabr 2003
Avropa İnsan Haqları Məhkəməsinin binası, Strasburq, 6 noyabr 2003

Mayın 9-da bir qrup qeyri-hökumət təşkilatının liderləri Avropa Şurasının Nazirlər Kabinetinə müraciət edib. Onlar bu təşkilatı Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanı təmsil edəcək namizədlərlə bağlı hökumətin göndərdiyi siyahını geri göndərməyə çağırırlar. Müraciət müəllifləri bildirirlər ki, sözügedən siyahı ötən dəfə olduğu kimi, bu dəfə də ictimaiyyət tərəfindən müzakirə edilməyib və formal xarakter daşıyır.


Müraciətdə daha sonra bildirilir: «Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı təmsilçisi Xanlar Hacıyevlə müqayisədə digər iki namizədin - Ali Məhkəmənin üzvü Zakir Quliyevin və Prezident Aparatının əməkdaşı Səadət Novruzovanın heç bir şansı yoxdur. Həmin namizədlər cəmiyyətdə o qədər də tanınmırlar».


Müraciət müəlliflərinin fikrincə, hakimliyə namizədlərin məxfi şəraitdə müəyyənləşdirilməsi, siyahıya cəmiyyətdə birmənalı qarşılanmayan şəxslərin adının salınması belə təəssürat yaradır ki, həmin hakimi faktiki olaraq Azərbaycan hökuməti təyin edir. Bu isə vətəndaş cəmiyyəti qurumlarında və ictimaiyyətdə beynəlxalq qurumlara inamı sarsıdır.


Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanı Konstitusiya Məhkəməsinin sabiq sədri Xanlar Hacıyev təmsil edir.


XS
SM
MD
LG