Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:38

Estoniyada sovet əsgərlərinə ucaldılan abidə təhqir olunub


Estoniyanın Tyuri şəhərində 1941-ci ildə faşistlərlə döyüşlərdə həlak olan sovet əsgərlərinə qoyulan abidə təhqir olunub.

Qızıl əsgəri təsvir edən heykəl üzərində naməlum şəxslər qara boyayla svastika çəkiblər. Polis təhqiqat aparır.


Tallində təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət sovet xilaskar-əsgəri abidəsinin şəhərin mərkəzindən hərbi qəbiristanlığa köçürülməsinin tərəfdarları və əleyhdarları arasında yeni toqquşmalardan ehtiyatlanır. Mayın 11-dək mitinq və yürüşlər qadağan olunub.


Bununla belə, Qələbə Günündə polis əvvəl abidənin olduğu yerə güllərin qoyulmasına mane olmur.


XS
SM
MD
LG