İran həyəcanla mədəni dəyərlərini – ortodoksal islamın diktə etdiyi sərt həyat tərzini qoruyur. Qərb standartlarının idxalının hər şeydə qarşısı alınır – kosmetikadan sui-istifadə ideoloji təxribat sayılır, işvə ilə bağlanmış hicaba görə isə həbsə düşmək olar. Bu haqda vesti.ru saytı yazır.
Bunu ən az nədənsə, ortodoksal Tehranda gözləyirsən, amma hər gün namazdan sonra cəsarətli qadınlar işıq-su keçirməyən hicablarda səs-küylü Vəliəssardakı zərgərlik mağazasına hücum edirlər. 17 yaşlı satıcı Məryəmin bolluca lakla parıldadılmış kəkili islam inqilabının paytaxtında onun şəxsi qiyamıdır. Məryəmi parlaq bəzəklərə də, pomadaya da, kəkilinə görə də, dəfələrlə cərimələsələr də, onun hicabı daha da açıqcasına peysərinə enir: «Hə, bilirəm ki, onu həddən artıq açıq geyinirəm, amma mən gözəllik sənayesini təmsil edirəm, sırğaların necə taxıldığını, boyunbağının necə geyindiyini göstərməliyəm. Bir də, artıq şəhərin yarısı mənim kimidir».
Telekamera qarşısında Məryəm könülsüz olaraq itaətsiz kəkilini yaylığı altında gizlədir, amma İranda onun kimilərdən həqiqi itaət tələb etmək doğrudan da, daha da çətinləşir. Küçələrdə, xüsusilə də Tehranda «həyasızcasına» yeriyən modapərəst qadınların sayı o qədər artıb, onların geyimləri o qədər açıq olub ki, bu həftə hakimiyyət gücləndirilmiş reydlər, itaətsizlərin ovunu keçirməyi və belələrini həbs etməyi qərara alıb.
«Əgər qızlar İmam Xomeyninin vəsiyyətlərini unudublarsa, onların yadına salarıq, görünüşü bizim idealları alçaldan hər kəsi həbs edəcəyik», - deyə İslam İnqilabı Keşikçiləri Korpusunun rəisi Rahim Səfəvi bildirib.
Küçə tutatutlarına Rahim Səfəvi özünün ən yaxşı bölmələrini – qadın batalyonlarını çıxarıb. Bu qızların yalnız gözləri açıqdır, hicabı «düzgün» geyinməklə yanaşı, yaxşı əlbəyaxa döyüş fənlərini bilirlər, ustalıqla nunçakla rəftar edirlər və inamla «Kalaşnikov» avtomatını söküb-yığırlar.
Hazırda küçələrdə həbslər polislə birlikdə həyata keçirilir. Yalnız nazlı piyadaları deyil, həm də sükan arxasında məsələn, dodaqlarını boyayan qadınları da tuturlar. Onları saxlayırlar, protokol tərtib edirlər və əksər hallarda həbs edirlər. Məsələn, italyan gün eynəkləri taxan qız özünün bu cür kövrək azadlığına görə, güclü həyəcan keçirir: «Eşitmişəm ki, mənim kimi qızları indi həbs edirlər. Görünür, məni də yaxşı heç nə gözləmir, amma hər necə olsa, mən eynəklərimi çıxarmayacağam. Onlarla da həbsxanaya gedəcəm».
Tehranın mərkəzi həbsxanası – Zindan…Burada saxlanılan təzə modapərəstlərlə sərt tərbiyəvi söhbətlər aparırlar, son xəbərdarlıq edib, bir sutkadan sonra buraxırlar. Dəfələrlə «cinayət» edən modapərəstlər isə həftələrlə yatırlar, özü də yalnız yatmırlar, həm də dinməz-söyləməz öz günahlarını yuyurlar, ölkənin rifahına çalışırlar – tələbkar islam hicabları tikirlər.
Bu yaxınlarda kişilərin iştirakı olmadan icazəli moda nümayişi hakimiyyətin qadın geyiminə dair siyasətinin qadağanedici yox, daha çox seçkili olduğunu göstərməliydi. «Bu, gözəl və eyni zamanda, tələbkar ərəb modasıdır», – deyə nümayişin təşkilatçısı Leyla Əhmədi bildirir: «Bizdə, İranda bu cür paltarı geyməyə icazə versələr, bu, yalnız bizim qadınların qürurunu təsdiq edəcək».
Tutatutla yanaşı, ölkədə hakimiyyətin hərəkətlərinə çoxminli dəstək nümayişləri də baş qaldırıb. «Bizə hicabsız qadın lazım deyil», - deyə aksiyaçılar qışqırırlar. Böyük rəhbər – Xomeyninin dediyi kimi, «hicabsız gəzən qadın ölümə layiqdir». Hicabsız qadını İranda həqiqətən də, yaxşı heç nə gözləmir, ona görə də, onlar həmin örtüksüz gəzmirlər. Amma hamı yaylığı birtəhər, daha liberal geyməyə çalışır.
Qadınların zahiri görünüşünə görə, təqib edilməsini yalnız ənənələrin mühafizəsi məqsədilə edildiyini düşünmək səhv olardı. «İrana məhz indi, nüvə texnologiyalarına sahib olma məsələsinin kəskinləşdiyi bir məqamda bütün dünyaya öz cəmiyyətinin birliyini, onun hərbi təcavüzü, Qərb sivilizasiyasının mədəni ekspansiyasını dəf etmək iqtidarında olduğunu göstərmək lazımdır», - deyə vesti.ru saytı yazır.