Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:32

9 may 1945-ci il: Faşizm üzərində qələbədən 62 il keçir


Azərbaycanlı əsgərlərdən təşkil olunmuş diviziyalar cəbhənin bütün istiqamətlərində əməliyyatlarda iştirak ediblər
Azərbaycanlı əsgərlərdən təşkil olunmuş diviziyalar cəbhənin bütün istiqamətlərində əməliyyatlarda iştirak ediblər

1945-ci il mayın 9-da faşizm üzərində əldə edilən qələbədən 62 il keçir. Sovet İttifaqının tərkibində Azərbaycan xalqı da İkinci Dünya Müharibəsində iştirak edib. Cəbhəyə gedən 600 mindən çox azərbaycanlıdan 300 mini geri qayıtmayıb, on minlərlə insan yaralanıb. 121 nəfər ən yüksək mükafata Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.


Azərbaycanlı əsgərlərdən təşkil olunmuş diviziyalar SSRİ-nin qərb cəbhəsinin son sərhəd nöqtəsində-Brest qalasında ilk döyüş əməliyyatlarında iştirak ediblər. Moskva ətrafındakı döyüşündən tutmuş Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarusiya, Baltikyanı respublikaları uğrunda döyüşlərin hamısına qatılıblar.


Qələbənin əldə olunmasında Bakı neftinin xüsusi payı olub. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Bakının payına düşürdü. 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi. «9 may» Azərbaycanda da rəsmi bayram kimi qeyd olunur.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG