Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 05:18

Gəncədə ərzaq məhsulları 40-50 faiz bahalanıb


kartofun bir kiloqramı 30 qəpikdən 70 qəpiyə qalxıb
kartofun bir kiloqramı 30 qəpikdən 70 qəpiyə qalxıb

Şəhər Statistika İdarəsinin rəhbəri İsmayıl Cəfərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar əsas ərzaq məhsullarının ötən və bu ilin ilk üç ayları arasında müqayisəli təhlilini aparıblar. Ötən illə müqayisədə bu il qiymətlərin xeyli artdığını deyən Cəfərovun sözlərinə görə, müqayisəli qiymət cədvəli də tərtib ediblər. Məsələn, ötən il Gəncədə mal əti 3 man 60 qəpiyəydisə, indi 4 manat 20 qəpik olub. Toyuq əti 2 manat 70 qəpikdən 3 manat 20 qəpiyə, sosiska 2 manatdan 3 manata, yumurtanın 10 ədədi 60 qəpikdən 1 manat 30 qəpiyə, kartofun bir kiloqramı isə 30 qəpikdən 70 qəpiyə qalxıb. Bəzi məhsullar arasında qiymət fərqi isə 10-20 qəpik olub.


İsmayıl Cəfərov bildirir ki, müqayisəli qiymət təhlili sonrakı aylar üçün də aparılacaq.


XS
SM
MD
LG