Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:49

Şuşanın işğalı ilə bağlı Bakıda yürüş keçirilib


Qarabağ Azadlıq Təşkilatının üzvləri şəhidlərin xatirəsini yad edirlər
Qarabağ Azadlıq Təşkilatının üzvləri şəhidlərin xatirəsini yad edirlər

Mayın 8-də Şuşa şəhərinin işğalının 15-ci ildönümündə Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə bir sıra partiya və qurumlar Məşədi Əzizbəyov heykəlinin yanından Şəhidlər Xiyabanına qədər yürüş ediblər. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə vermədiyindən polis yürüşə mane olmaq istəyib. Bununla belə yürüş baş tutub. Bu haqda «Azadlıq» radiosuna Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məlumat verib.


Şəhidlər Xiyabanında əbədi məşəl önündə Şuşa şəhər ictimaiyyətinin üzvləri, aksiyanın başqa iştirakçıları çıxış ediblər. Onlar Şuşa daxil olmaqla bütün işğal edilmiş torpaqların azad olunmasını tələb ediblər.


Mayın 8-də Şuşanın işğalının növbəti ildönümündə Bakıdakı bəzi məktəblərin şagirdləri, həmçinin şəhər ictimaiyyətinin digər nümayəndələri də Şəhidlər Xiyabanında olub.


XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa 1992-ci il mayın 8-də işğal olunub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG