Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 19:40

USAID-in dəstəyi ilə reallaşacaq layihələrin prezentasiyası keçirilib


Mayın 7-də Azərbaycanın altı QHT koalisiyası tərəfindən Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşacaq layihələrin prezentasiyası keçirilib. ABŞ səfiri Enn Dersin sözlərinə görə, koalisiyaların fəaliyyəti QHT, biznes-struktur, bələdiyyə, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının 250 nümayəndəsinin iştirakı ilə keçirilmiş ictimai dialoq zamanı təyin edilib. Ders qeyd edib ki, cəmiyyət və hakimiyyət arasında dialoq demokratiyanın ayrılmaz şərtlərindən biridir: «Demokratik hakimiyyətlər öz vətəndaşlarını dinləməlidirlər».
Altı QHT koalisiyası aşağıdakı sahələrdə layihələr həyata keçirir: «İçəri Şəhərin mühafizəsi», «İnformasiya azadlığının inkişafı», «Nəqliyyatla gediş-gəlişin təhlükəsizliyi», «Qurcan və Şəki çaylarının təmizlənməsi», «Kommunal xidmətlər sahəsində ictimai nəzarət» və «Əlil qadınların hüquqlarının müdafiəsinə dəstək».


1990-cı ilin ortalarından bu yana USAID tərəfindən Azərbaycana 283 mln. dollar vəsait ayrılıb.


XS
SM
MD
LG