Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

Naxçıvanda ilk dəfə açıq ürək əməliyyatı aparılıb


Mayın 7-də Naxçıvan Muxtar Respublikasında ilk dəfə açıq ürək əməliyyatı aparılıb. Əməliyyat Naxçıvanda yeni açılmış Diaqnostika Mərkəzində Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən həyata keçirilib. Həkimlərdən biri Seymur Musayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, hazırda ürəyində əməliyyat aparılmış şəhər sakini Həsən Əhmədovun səhhəti normaldır: «Əməliyyat uğurlu keçdi. Xəstənin durumu normaldır, üç-dörd gündən sonra evə buraxılacaq».


Seymur Musayevin sözlərinə görə, əməliyyat keçmiş prezident Heydər Əliyevin doğum günü ilə bağlı təşkil olunm u ş missiya çərçivəsində aparılıb. Bundan başqa, 14 Naxçıvan sakini də müayinə olunub. Bu proses növbəti iki gündə də davam edəcək. Missiya çərçivəsində aparılan müayinə və əməliyyatların bütün xərclərini Dövlət Neft Şirkəti üzərinə götürüb.


XS
SM
MD
LG