Məlumatı «Associated Press» Agentliyi yayıb.
Mükafatı qəbul edərkən Taner Akçam deyib ki, əsəri bu ilin yanvarında qətlə yetirilən jurnalist – Türkiyədə nəşr olunan «Aqos» erməni qəzetinin baş redaktoru Hrant Dinkə ithaf edir.
Akçam mütəmadi hədə-qorxuyla üzləşdiyindən 70-ci illərin sonlarında Türkiyəni tərk edib. Buna qədər o, türk xalqını təhqir etdiyinə görə həbsdə yatıb.
Minnesotada böyük erməni və yəhudi diasporu var.
Ermənilərin soyqırımı iddialarını bir çox ölkələr, o cümlədən ABŞ ştatlarının əksəriyyəti tanıyıb. Türkiyə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri rəsmən erməni soyqırımı kimi tanımaqdan imtina edir.