Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:12

Sarkozi: «Bütün fransızların qayğısına qalan prezident olacağam»


«Bir Fransa başqası üzərində qələbə çalmayıb, demokratiya qalib gəlib»
«Bir Fransa başqası üzərində qələbə çalmayıb, demokratiya qalib gəlib»

Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Fransa prezidenti seçkisinin ikinci turunda Nikola Sarkozi qələbə çalıb. O, 53,2 faiz səs toplayıb, rəqibi Seqolen Ruayal isə 46,8 faiz səs alıb. İkinci turda seçicilərin iştirakı 85 faizə çatıb.


Yeni prezidentin adı rəsmən mayın 10-da açıqlanacaq, amma artıq sonuncu seçki məntəqələri bağlanandan sonra aydın idi ki, qələbə məhz sağçı siyasətçinin tərəfindədir. O, sosialist Ruayalı kifayət qədər böyük üstünlüklə keçib.


52 yaşlı Nikola Sarkozi Fransaya miqrasiya etmiş macar aristokratı və fransız qadının oğludur. O, deyir ki, uşaqlıqdan qall olub. İxtisasca vəkildir. Sarkozi parlaq siyasi karyera qurub, 28 yaşında Neyi şəhərinin meri olub, 34 yaşında isə Fransa Milli Məclisinin deputatı seçilib.


2004-cü ildən hakim qall yönümlü «Xalq Hərəkatı Uğrunda Birlik» Partiyasına rəhbərlik edir. Son hökumətdə Daxili İşlər naziri, qısa müddətə isə İqtisadiyyat naziri postunu tutub. O, ikinci nikahla Sesiliya Sarkozi ilə ailə qurub və üç uşağı var.


Öz qələbəsini eşidəndən sonra Nikola Sarkozi mayın 6-sı axşam həmyerlilərinə müraciət edib: «Həyatımın bu mühüm məqamında sizlərə üz tutarkən, mən sevinc və həyəcan keçirirəm. Uşaq yaşlarımdan fəxr edirəm ki, bu böyük və gözəl xalqa – Fransaya məxsusam. Mən Fransanı yaxın adamı sevdiyim kimi sevirəm, biz hamımız ona borcluyuq. Bu gün ölkəmə mənə verdiyini qaytarmaq üçün növbəm yetişib. Mənə etimad bəsləyən bütün fransızlara və bu kampaniyada məni dəstəkləyənlərə - ailəmə, dostlarıma, tərəfdaşlarıma təşəkkür edirəm. Amma mən xanım Ruayala da müraciət etmək, ona, çox sayda fransızın dəstəklədiyi ideyalarına dərin hörmətimi izhar etmək istəyirəm. Xanım Ruayala hörmət bəsləmək ona səs vermiş bütün fransızlara hörmət bəsləmək deməkdir. Respublika prezidenti kimi mən siyasi baxışlarından asılı olmayaraq, bütün həmyerlilərimi sevməliyəm. Mən bütün fransızların qeydinə qalan prezident olacağam. Bu gün bir Fransa başqası üzərində qələbə çalmayıb, demokratiya qalib gəlib və mən hər şey edəcəyəm ki, fransızlar sülh və razılıq içərisində yaşasınlar».


Seqolen Ruayal isə məğlubiyyətini etiraf edib. Bununla belə, o, öz tərəfdarlarını ümidini itirməməyə və yeni mübarizələrə hazır olmağa çağırıb. Ruayal bununla bu ilin iyununda Milli Məclisə keçiriləcək seçkiləri nəzərdə tutub. Yeni parlamentdə çoxlu loyal deputat yeri qazanmaq Fransanın yeni prezidentinin də ilk qayğılarından biri olacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG