Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 00:21

Əz-Zəvahiri: ABŞ İraqda müharibəni uduzub


«Bu qanun Amerika qüvvələrini darmadağın etmək imkanını əlimizdən alacaq»
«Bu qanun Amerika qüvvələrini darmadağın etmək imkanını əlimizdən alacaq»
«Amerika qoşunlarının 2008-ci ilin aprelinə kimi İraqdan çıxarılmasını nəzərdə tutan qanun layihəsi Vaşinqtonun məğlubiyyətinin sübutudur». Bunu video müraciətində «əl-Qaidə» terror təşkilatının ikinci şəxsi olan Ayman əz-Zəvahiri deyib.

«Bu qanun layihəsi həm də amerikalıların öz gücünə inamsızlığından xəbər verir» – əz-Zəvahiri deyib.


Eyni zamanda o, təəssüfünü bildirib: «Bu qanun tarixi tələyə düşmüş Amerika qüvvələrini darmadağın etmək imkanını əlimizdən alacaq... Allaha yalvarırıq ki, onlar yalnız 200-300 min adam itirəndən sonra rədd olsunlar ki, biz Vaşinqton və Avropaya unudulmaz qanlı dərs verə bilək».


Terrorçuların lideri eyni zamanda İraqda vətəndaş müharibəsini qızışdırdıqlarına dair ittihamları rədd edib. O, bütün məsuliyyətin şiə hökumətinin üzərində olduğunu deyib: «İraqda toqquşmaları törədənlər məhz amerikalılara ölkədən getməməyi yalvaranlardır».


XS
SM
MD
LG