Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:06

Türkiyə prezidentini xalqın seçməsi təklifi reallaşır


Türkiyə parlamentinin Konstitusiya Komissiyası ölkə prezidentinin ümumxalq səsverməsi ilə seçilməsini nəzərdə tutan konstitusiya düzəlişlərini təsdiq edib.


Düzəlişlərə əsasən, prezident 5 illiyə -- maksimum iki müddətə seçiləcək. İndiyə qədər dövlət başçısını parlament 7 illiyə seçirdi.



Deputatların yaxın günlərdə bu düzəlişləri təsdiq edəcəyi deyilir.



Bütün bunlar Türkiyənin siyasi həyatında köklü dəyişiklər demək olacaq. Yeni prezident seçkisinə görə son vaxtlar islamçılarla dünyəvi dövlət tərəfdarları arasında ziddiyyətlər şiddətlənib.


İyulun 22 parlamentə vaxtından qabaq seçkilər keçiriləcək.


Seçkilər ərəfəsində iki müxalifət partiyası - Doğru Yol Partiyası (DYP) və Ana Vətən Partiyası (ANAP) islam yönümlü qüvvələri dəf etmək üçün birləşməyə qərar verib.


XS
SM
MD
LG