Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 17:02

Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan deputat Hüseyn Abdullayevin səhhəti pisləşib


Mayın 2-dən müddətsiz aclıq aksiyasına başlayan Hüseyn Abdullayev artıq yataqdan qalxa bilmir.

Onun vəkili Kamandar Nəsibov deyir ki, Hüseyn Abdullayevin səhhətində mövcud olan problemlə bağlı əməliyyat olunmasına ehtiyac var. Ancaq Ədliyyə Nazirliyinin səhiyyə idarəsinin rəyində hələlik əməliyyata ehtiyac olmadığı bildirilib. Buna görə də deputat aclıq aksiyasına başlayıb.


Ədliyyə Nazirliyinin şöbə müdiri Rafiq Ramazanov isə deyir ki, əməliyyat aparmaq üçün istənilən şərait var. Ancaq tibbi rəy olmasa, bu, mümkün deyil. Digər tərəfdən, Hüseyn Abdullayev məhkum deyil. Ona görə də onun barəsində hər hansı qərarı istintaq orqanları verməlidir.


Martda hökumət parlamentə hesabat verəndə, Hüseyn Abdullayevlə həmkarı Fəzail Ağamalı arasında insident yaranıb, martın 19-da Abdullayev saxlanıb, barəsində xuliqanlıq ittihamı cinayət işi açılıb.


XS
SM
MD
LG