Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyun, Cümə axşamı, Bakı vaxtı 23:35

Prezidentlə Baş nazir razılığa gəldi


Seçkilərin nə vaxt olacağı barədə suala, nə prezident, nə də Baş nazir cavab verməyib

Ukrayna prezidenti Viktor Yuşşenko vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi ilə bağlı Baş nazir Viktor Yanukoviçlə razılığa gəlib. Mayın 4-də prezidentlə Baş nazirin baş tutan görüşündən sonra Yuşşenko «İnterfaks»a deyib: «Biz vaxtından əvvəl parlament seçkilərinin vicdanlı və demokratik şəraitdə keçirilməsi ilə bağlı razılığa gəldik».


Baş nazir Yanukoviç də jurnalistlərə prezidentin sözlərini təsdiqləyib.


Viktor Yuşşenko, seçkilərin siyasi cəhətdən təmin edilməsi üçün Ali Radanın bir günlük fəaliyyətinə imkan yaradıb. Bununla yanaşı, dövlət başçısı deyib ki, erkən seçkilər iyunun 24-də olmayacaq.


Ancaq seçkilərin nə vaxt olacağı barədə suala, nə prezident, nə də Baş nazir cavab verməyib.


XS
SM
MD
LG