Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:54

«Barmek»in mayın 4-nə təyin edilmiş məhkəməsi təxirə salınıb


«Barmek» MMC-nin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mayın 4-nə təyin edilmiş məhkəmə prosesi təxirə salınıb. Məhkəmənin hakimi Sədrəddin Hacıyevin «ANS-PRESS»ə verdiyi məlumata görə, buna səbəb şirkətin prezidenti Hüseyn Arabulun gözlərində aparılmalı olan cərrahiyyə əməliyyatıdır. Hakimin sözlərinə görə, həkim-ekspert qrupunun məhkəməyə təqdim etdiyi arayışda Hüseyn Arabulun təcili olaraq əməliyyat edilməli olduğu bildirilir.


Hüseyn Arabul və «Barmek»in digər təqsirləndirilən 6 nəfər vəzifəli şəxsi mənimsəmə və israf etmədə ittiham edilir.


XS
SM
MD
LG