Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:42

Misirdə beynəlxalq konfransda İraqa beşillik yardım planı qəbul edilib


Xüsusilə, İraqın 10 milyardlarla dollar xarici borcunun silindiyi bildirilir.

Maliyyə problemlərindən başqa, forum iştirakçıları İraqda zorakılığı necə dayandırmağı müzakirə edirlər. Konfransın ikinci günü buna həsr olunacaq.


Forumun fasiləsində ABŞ-ın Dövlət katibi Kondoliza Rays Suriyanın Xarici İşlər naziri Valid əl-Muallimlə görüşüb.


Bu, son illər ərzində bu səviyyədə nadir ikitərəfli görüşlərdən biridir. ABŞ Suriyanı Livan və İraqda ekstremistləri dəstəkləməkdə təqsirləndirir.


Bəzi məlumatlara əsasən, ikigünlük konfrans zamanı Kondoliza Rays İranın Xarici İşlər naziri Manuçöhr Mottaki ilə də məsləhətləşmələr apara bilər.


XS
SM
MD
LG