Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:15

Hüquq müdafiəçisi Elçin Behbudov Eynulla Fətullayev və Əli İnsanovla görüşüb


İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov mayın 3-də 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan jurnalist Eynulla Fətullayev və keçmiş Səhiyyə naziri Əli İnsanovla görüşüb. Bu barədə «Azadlıq» radiosuna məlumat verən cənab Behbudov bildirib ki, Eynulla Fətullayevin səhhətindən, saxlanma şəraitindən və nəzarətçilərin münasibətindən heç bir şikayəti yoxdur. Yalnız ailəsindən nigarandır.


Əli İnsanov isə ondan səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Böyükşor qəsəbəsindəki müalicə mərkəzinə köçürülməsinə yardımçı olmağı xahiş edib. Keçmiş nazir həmçinin daha geniş kameraya köçürülmək istəyini bildirib.


Elçin Behbudov deyir ki, Bayıl İstintaq Təcridxanasının rəhbərliyi imkan daxilində Əli İnsanovun bu istəyinin yerinə yetiriləcəyini bildirib. Hüquq müdafiəçisi də sabiq nazirin müalicə mərkəzinə köçürülməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyini deyib.


XS
SM
MD
LG