Keçid linkləri

2025, 22 İyun, bazar, Bakı vaxtı 01:12

Türkiyədə növbədənkənar seçkilər iyulun 22-də keçiriləcək


Türkiyədə Abdulla Gülün prezidentliyə namizədliyinin irəli sürülməsinə etiraz nümayişi 29 aprel 2007
Türkiyədə Abdulla Gülün prezidentliyə namizədliyinin irəli sürülməsinə etiraz nümayişi 29 aprel 2007

Mayın 3-də Türkiyə parlamenti növbədənkənar parlament seçkilərinin iyulun 22-də keçirilməsi haqqında qərar qəbul edib. Bu barədə «newsru» xəbər yayıb. Təklifin təşəbbüskarı kimi hakim Ədalət və İnkişaf Partiyası çıxış edib.


Seçkilərin əvvəlcə iyunun 24-də keçirilməsi təklif olunurdu. Amma, Türkiyə Mərkəzi Seçki Komissiyasının rəhbəri Müammer Aydın bunun texniki cəhətdən mümkün olmayacağını bildirib. MSK hesab edir ki, ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün növbədənkənar parlament seçkiləri mümkün qədər tez keçirilməlidir.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkə prezidenti postuna Xarici İşlər naziri Abdulla Gülün namizədliyini irəli sürməsi siyasi böhran yaradıb. Bir sıra siyasi dairələr Abdulla Gülün prezident seçiləcəyi təqdirdə dünyəvi siyasi sisteminin islam meylli olacağından ehtiyat edirlər. Oxşar bəyanatlarla Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı və bir sıra iş damları da çıxış edib.


Abdulla Gül isə aprelin 27-də keçirilən seçkilərin birinci turunda parlamentarilərin lazım olan 367 səsini toplaya bilməmişdi. Konstitusiya Məhkəməsi isə həmin seçkilərin birinci turunun nəticələrini etibarsız hesab edib.


XS
SM
MD
LG