Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:18

«İpoteka kreditlərinin verilməsində mühüm problem özəl müəssisələrdə ikili mühasibatdır»


«İpoteka kreditlərinin verilməsində mühüm problem olan özəl müəssisələrdə ikili mühasibat, qara siyahıların mövcudluğundan xəbərim var». Bunu Vergilər naziri Fazil Məmmədov deyib.


Dövlət rəsmisi bu vəziyyətin Azərbaycana müasir dövrdə başıaşağılıq gətirdiyini deyib: «Azərbaycana yaraşmayan bir hərəkətdir ki, bizim sahibkarlar qara siyahı əsasında əmək haqları verirlər».


Fazil Məmmədov gənclərə ipoteka kreditlərinin verilməsində yaranan problemdən çıxmaq üçün alternativ tədbirlərin görülməli olduğunu deyib: «Sahibkarlıq subyektlərini elə vəziyyətə gətirib çıxartmaq lazımdır ki, onlar da insanların haqlarını yeməsinlər».


XS
SM
MD
LG