Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

Sarkozi Türkiyəni Avropa Birliyinə buraxmamağa söz verir


«Əgər məni prezident seçsələr, Türkiyənin Avropa Birliyində iştirakına qarşı çıxacağam»
«Əgər məni prezident seçsələr, Türkiyənin Avropa Birliyində iştirakına qarşı çıxacağam»

Fransa prezidenti seçiləcəyi təqdirdə, Nikola Sarkozi Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyünün qarşısını almaq niyyətindədir. Bunu o, mayın 2-si axşam prezidentliyə namizədlərin teledebatı zamanı deyib.


Fransada prezident seçkisinin ikinci turu mayın 6-da keçiriləcək.


«Əgər məni prezident seçsələr, Türkiyənin Avropa Birliyində iştirakına qarşı çıxacağam», - deyə hakim Xalq Hərəkatı Uğrunda Birliyin namizədi bildirib. Onun fikrincə, «Avropa Birliyinin sonsuz genişlənməsi Avropanın siyasi inteqrasiyasının ölümü demək olacaq».


Sarkozi deyib ki, onun mövqeyi sadə fakta – Türkiyənin Avropanın hissəsi olmadığına əsaslanır, burada siyasi, ideoloji, ya da dini motivlər yoxdur.


«Türkiyə Kiçik Asiyada yerləşir, bununla da hər şey deyilib», - Sarkozi belə deyib.


Onun rəqibi Seqolen Ruayal isə daha yumşaq mövqe tutub. Onun fikrincə, hələlik «Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində fasilə vermək lazımdır», amma bu ölkənin sözügedən quruma qəbulu mümkünlüyünü tam rədd etmək olmaz.


«Əgər Türkiyə bütün lazımi şərtləri yerinə yetirsə, perspektivdə o, Avropa Birliyinin üzvü ola bilər», – deyə sosialist Ruayal bildirib. Bununla belə, o, deyib ki, Birliyin sonrakı genişlənməsi ilə bağlı istənilən yeni təklifin Fransada ümumxalq referendumuna çıxarılması ideyasını dəstəkləyir.


Ruayal həmçinin Fransada Avropa Konstitusiyasının layihəsinə dair yeni referendumun keçirilməsinin mümkünlüyü də istisna etməyib.


Ondan fərqli olaraq, Sarkozi bəyan edib ki, fransızlar artıq bu layihəni referendumda rədd ediblər, ona görə də, «təkrar səsvermə keçirməyə heç bir ehtiyac yoxdur». Sarkozinin fikrincə, problemin həlli «sadələşdirilmiş Konstitusiya müqaviləsi» ola bilər. Elə bir müqavilə ki, referendumun keçirilməsini tələb etməsin və parlament tərəfindən təsdiqlənə bilsin.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG