Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 18:04

Hər gün dünyada iş yerlərində altı min adam ölür


167 milyon insan isə peşə xəstəliklərindən əziyyət çəkir
167 milyon insan isə peşə xəstəliklərindən əziyyət çəkir
Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə dünyanın 50 ölkəsində aprelin 28-də Beynəlxalq Əməyin Mühafizəsi Günü qeyd olunub. Beynəlxalq Əmək Təşkilatı bu günü ictimaiyyətin diqqətini təhlükəsiz və sağlam iş yerlərinin yaradılması zəruriliyinə çəkmək üçün keçirir. BƏT heç vaxt iş yerlərində xəstəlik və ölümlərin «işin bir hissəsi» olması fikri ilə razılaşmayıb. Bununla belə, hər gün dünyada 6 minədək, yəni ildə 2 milyondan çox fəhlə həlak olur. 167 milyon insan isə peşə xəstəliklərindən əziyyət çəkir.

Rusiya İşəgötürənlər Birliklərinin Koordinasiya Şurasının sədri Oleq Yeremeyev deyir ki, hər il bu ölkə istehsalatında 4,5 min adam ölür, 12 minədək adam ağır, 75 minədək adam isə yüngül xəsarət alır. İl ərzində 8 mindən çox peşə xəstəliyi qeydə alınır.


Azərbaycanda da əmək fəaliyyəti zamanı xəsarət alanların sayı artır. Dövlət Əmək Müfəttişliyinin məlumatına görə, 2006-cı ildə ölkədə 234 nəfər iş prosesində xəsarət alıb ki, bunun da 81-i ölümlə nəticələnib. 2005-ci ildə isə bu rəqəm müvafiq olaraq 214 və 64 olub. Müfəttişliyin rəisi Nəbi Şükürlü ANS-ə müsahibəsində bildirib ki, xəsarət alanların çoxu tikintidə işləyənlərdir.


XS
SM
MD
LG