Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 12:12

ATƏT məhkəmələrlə bağlı hesabat açıqlayacaq


«ATƏT-in Bakı Ofisi çox qısa müddətdə, mayın ortalarına kimi Azərbaycanda məhkəmələrin vəziyyəti ilə bağlı monitorinqin nəticələrini açıqlayacaq».


Bu haqda «Azadlıq» radiosuna ATƏT-in Bakı Ofisi başçısının müavini Robin Sivord məlumat verib. O, deyib ki, monitorinqin nəticələri əsasında hazırlanmış hesabat açıqlanmazdan əvvəl hökumətə təqdim olunacaq.


ATƏT ekspertləri əsasən son aylarda ölkədə ictimaiyyətin diqqətini cəlb edən məhkəmələrin monitorinqini aparıblar. Hesabatda sabiq Səhiyyə naziri Əli İnsanovun və qəzet redaktoru Eynulla Fətullayevin məhkəmələri ilə bağlı müşahidələr də yer alacaq.


Robin Sivord deyir ki, monitorinq başa çatsa da, ATƏT-in Bakı Ofisi Azərbaycandakı məhkəmə sistemini yenə də nəzarətdə saxlayır, müşahidələrini davam etdirir.


Təşkilat 2004-cü ildən Azərbaycanda məhkəmələrin vəziyyətinə dair hesabat hazırlayır. Bu monitorinqləri yerli və beynəlxalq ekspertlər aparır.


XS
SM
MD
LG