Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

Azərbaycan və Belarus arasında müxtəlif sahələri əhatə edən 10 saziş imzalanıb


Mayın 2-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə onun azərbaycanlı həmkarı İlham Əliyev arasında təkbətək görüş keçirilib. Prezidentin Mətbuat Xidmətinin rəhbəri Azər Qasımov jurnalistlərə bildirib ki, dövlət başçıları iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıblar.


Prezidentlər bildiriblər ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları var.


Azərbaycan və Belarus hökumətləri arasında müxtəlif sahələri əhatə edən 10 saziş imzalanıb.


Belarus prezidenti Aleksandr Lukaşenko mayın 1-də Azərbaycana rəsmi səfərə gəlib.


XS
SM
MD
LG