Keçid linkləri

2026, 17 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:07

Türkiyədə prezident seçkisinin birinci turunun nəticələri ləğv olunub

Türkiyənin Konstitusiya Məhkəməsi mayın 1-də ölkə prezidenti seçkisinin birinci turunun nəticələrini ləğv edib.

Hakimlər qərara alıblar ki, səs vermiş parlament deputatlarının sayı birinci turun nəticələrini tanımaq və ikinci tura keçmək üçün yetərli deyil.


Türkiyə prezidentini bir neçə turda parlament seçir. Yeganə namizəd hakim mötədil islam partiyasının nümayəndəsi, Xarici İşlər naziri Abdulla Güldür.


Müxalifətdən olan deputatlar səsverməni boykot edirlər. Onlar ehtiyatlanırlar ki, seçiləcəyi təqdirdə Gül islamçı kurs yürüdəcək.


İndi Baş nazir Rəcəb Tayyip Ərdoğan prezident postuna başqa namizəd təklif edə, ya da vaxtından qabaq parlament seçkiləri elan edə bilər.


XS
SM
MD
LG