Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:23

«Elmar Hüseynovun qətli ilə bağlı konkret nəticələr var»


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında qətlə yetirilib
«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında qətlə yetirilib

Gürcüstan Baş prokurorunun müavini Kaxa Kaberidze mayın 1-də Bakıda bəyan edib ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı konkret nəticələr var.


«Trend» xəbər yayıb ki, Kaberidze istintaqın konkret nəticələrini səsləndirməyib. O, qeyd edib ki, Gürcüstan tərəfi Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə birgə bu işi araşdırmaqda və ayrı-ayrı istintaq göstərişlərini yerinə yetirməkdə davam edir.


«Azərbaycandan müstəntiqlər gəlir və obyektiv hüquqi həllin tapılması üçün heç bir maneə yoxdur» - deyə Kaberidze bildirib.


«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında qətlə yetirilib. Baş redaktorun qətlə yetirilməsi ilə bağlı «İnterpol» vasitəsilə Gürcüstanın iki vətəndaşı - Teymuraz Əliyev və Tair Xubanovun axtarışı elan olunub.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG