Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 05:15

Yeni amnistiya aktının 9 min nəfərə şamil ediləcəyi gözlənilir


1995-ci ildən başlayaraq 7 amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib
1995-ci ildən başlayaraq 7 amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib

«Amnistiya haqqında» qanun layihəsinin Milli Məclisin mayın 8-də keçiriləcək plenar iclasında qəbul ediləcəyi gözlənilir. Bu barədə «Turan»a Milli Məclisin İnsan Hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.


Onun sözlərinə görə, amnistiya 1500 nəfərin cəzaçəkmə yerlərindən azad edilməsini nəzərdə tutur. Daha 7500 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərdir. Beləliklə, ümumilikdə 9 min nəfər amnistiya olunacaq.


Sənədə əsasən böyük ictimai təhlükəlilik törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar; 1-ci qrup əlillər; 60 yaşına çatmış kişilər; cinayət törədərkən 18 yaşı olmayanlar; himayəsində yetkinlik yaşına çatmayan və ya 1-ci və 2-ci qrup əlil övladları olan kişilər; suverenlik və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1948-53 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və ya soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər; 1988-1993-cü illərdə Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkünlər; 20 yanvar və Xocalı soyqırımı zamanı əlil olmuş şəxslər və bu hadisələr zamanı şəhid olmuş şəxslərin yaxın qohumları; cəzasının bitməsinə 6 ay qalmış şəxslər; azadlığı məhdudlaşdırılmamış və islah işləri cəzalarının bitməsinə 1 il qalmış şəxslər; ictimai işlərə və cərimə cəzalarına məhkum edilmiş şəxslər; şərti məhkum edilmiş şəxslər; cəzalarının çəkilməsi təxirə salınmış şəxslər.


Amnistiya aşağıdakı şəxslərə şamil olunmayacaq: cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərə; xüsusilə təhlükəli residiv yaradan cinayət törətmiş şəxslərə; cinayət nəticəsində vurulmuş zərəri ödəməmiş şəxslərə.


Ölkədə amnistiya aktları 1995-ci ildən tətbiq olunmağa başlayıb. Ötən dövrdə 7 amnistiya aktı qəbul olunub, 32 əfv fərmanı verilib. Bu aktlar 77 min nəfəri əhatə edib, o cümlədən 21.325 nəfər cəzaçəkmə müəssisələrindən azad edilib.


Budəfəki amnistiya sənədi millət vəkili Mehriban Əliyevanın qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib və Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunub.


Jurnalistlərin və siyasi məhbus hesab edilən şəxslərin amnistiyaya düşüb-düşməyəcəyi bəlli deyil. Gözləmək olar ki, onlardan bəziləri amnistiya olunanların siyahısına daxil ediləcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG