Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:09

Ötən il dünyada terror qurbanlarının sayı 20 mini keçib


Dövlət Departamentinin məlumatına görə, ötən il 14 mindən çox terror hadisəsi qeydə alınıb
Dövlət Departamentinin məlumatına görə, ötən il 14 mindən çox terror hadisəsi qeydə alınıb

2006-cı ildə terror qurbanlarının sayı 40 faiz artıb və 20 mini keçib. Amerika Dövlət Departamentinin illik hesabatında deyilir ki, 2006-cı ildə dünyada terror aktlarından ölənlərin sayı 15 mindən 20 minə çatıb. İtkilərin sayının çox olması İraqdakı zorakılığın artması ilə əlaqələndirilir. İraqda ötən il terror hadisələrindən 13 minə yaxın dinc sakin həlak olub. Ümumiyyətlə, ötən il dünyada 14 mindən çox terror hadisəsi qeydə alınıb.


ABŞ Dövlət Departamentinin sənədində Azərbaycanla bağlı hissə də yer alıb. Bildirilir ki, «Azərbaycan terrora qarşı mübarizədə ABŞ-la əməkdaşlıq edir».


Buna sübut olaraq 2003-cü ildə 150 nəfər Azərbaycan hərbçisinin İraqa göndərilməsi göstərilir. Hesabatda həmçinin Azərbaycanın terrorçulara dəstək olaraq Qafqazdan keçən maliyyə yardımının qarşısını aldığı bildirilir.


«Media Forum»um məlumatına görə, sənəddə 2006-cı ilin aprelində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «əl-Mücahiddin Camaat» qruplaşmasının altı üzvünə hökm oxunduğu vurğulanır. Həbs olunan qrup üzvlərinin qeyri-qanuni silah saxlamaqda, silahlı basqında, sərhədi qanunsuz keçməkdə və s. cinayətlərdə təqsirkar olduğu qeyd olunur.


Hesabatda o da deyilir ki, 2006-cı ilin aprelində «əl-Qaidə Qafqaz» qruplaşmasının üzvləri üzərində məhkəmə prosesi keçirilib. Qrup üzvləri Azərbaycan, Türkiyə və Yəmən vətəndaşları olub.


Azərbaycanın həmçinin ötən il Rusiyaya 2002-ci ilə Dağıstanda terror aktı törətməkdə şübhəli bilinən şəxsi ekstradisiya etdiyi də xatırladılır.


Dövlət Departamenti yenə də terroru dəstəkləyən ölkələr kimi İran, Suriya, Şimali Koreya, Kuba və Sudanın adını çəkib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG