Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Sentyabr, bazar, Bakı vaxtı 05:06

Мayın 10-da amnistiya veriləcəyi gözlənir


Mayın 1-də Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyası amnistiya haqqında qanun layihəsini müzakirə edəcək. Komissiyanın üzvü, hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı «Azadlıq» radiosuna bildirib ki, may ayının 10-da amnistiya veriləcəyi gözlənilir. Ancaq amnistiya aktının hansı maddələrə aid ediləcəyi hələlik məlum deyil. Bu barədə layihə komissiyanın iclasında müzakirə olunduqdan sonra konkret məlumat olacaq.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin doğum günüdür.


XS
SM
MD
LG